Yaponiya hökumətindən nüvə tərk-silahı uğrunda hərəkata rəhbərlik etmək tələb olunub
Far.Az xəbər saytı

Yaponiya hökumətindən nüvə tərk-silahı uğrunda hərəkata rəhbərlik etmək tələb olunub


Yaponiya hökuməti Nüvə silahlarının yayılmaması haqqında müqaviləyə qoşulmalı və nüvə tərk-silahı uğrunda beynəlxalq hərəkata rəhbərlik etməlidir.

"Far.Az" TASS-a istinadən xəbər verir ki, bunu 2024-cü ildə Nobel Sülh Mükafatına layiq görülmüş Yaponiyanın atom bombardmanından sağ çıxanların qurduğu "Nihon hidankyo" assosiasiyasının baş katibinin müavini, 88 yaşlı Mitiko Kodama bildirib.

Onun sözlərinə görə, Yaponiya müharibə şəraitində atom bombardmanlarına məruz qalmış yeganə ölkə olaraq müqaviləyə qoşulmalı və dünyaya nüvə tərk-silahı yolunu göstərməlidir.

Kodama qeyri-nüvə dövlətlərini birləşməyə və nüvə dövlətlərinin məhdudiyyətsiz fəaliyyət göstərməsinə imkan verməməyə çağırıb.

"Nüvə silahı və insan bir araya sığmır", - o bildirib.

Qeyd edək ki, nüvə silahının qadağan olunması haqqında müqavilə 2017-ci il iyulun 7-də BMT tərəfindən qəbul edilib. Sənəd üzrə danışıqlarda Rusiya, ABŞ, Böyük Britaniya, Çin və Fransa da daxil olmaqla, nüvə dövlətləri iştirak etməyib. Yaponiya da bu müqaviləni imzalamayıb və bunu onunla izah edib ki, nüvə dövlətlərinin iştirakı olmadan hazırlanmış sənəd onun müddəalarının səmərəli şəkildə həyata keçirilməsinə imkan verməyəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər