Husilər Səudiyyə Ərəbistanının "Aramco" neft emalı zavoduna zərbə endirdiyini təsdiqləyib - YENİLƏNİB
Far.Az xəbər saytı

Husilər Səudiyyə Ərəbistanının "Aramco" neft emalı zavoduna zərbə endirdiyini təsdiqləyib - YENİLƏNİB


Yəmənin "Ənsar Allah" hərəkatı Səudiyyə Ərəbistanının Cizan şəhərindəki neft emalı zavoduna endirilən zərbəyə görə məsuliyyəti üzərinə götürüb.

"Far.Az"un məlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib.

"Silahlı qüvvələr (Husilərin - red.) Cizan şəhərindəki "Aramco" neft emalı zavoduna dron hücumunu uğurla həyata keçirib və birbaşa zərbə endirib", - açıqlamada deyilir.

Əməliyyat Səudiyyə Ərəbistanının Saada və Hacə əyalətləri üzərindəki hava məkanına dron hücumuna cavab olaraq həyata keçirilib.

Səudiyyə Ərəbistanının milli neft-qaz şirkəti – "Saudi Aramco"ya məxsus obyektlərin birində yanğın baş verib.

"Far.Az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, yanğın bazar günü səhər Cəzan şəhərindəki obyektdə baş verib və dərhal müdaxilə edilərək söndürlüb. Hadisə nəticəsində xəsarət alanın olmadığı açıqlanıb.

Yanğının baş vermə səbəbləri qeyd olunmayıb.

Oxşar xəbərlər

Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər