Zukerberqin superyaxtası qayığın yardım siqnalına cavab verməyib
ABŞ-ın texnologiya korporasiyası Meta-nın rəhbəri Mark Zukerberqin superyaxtasının ekipajı yaxınlıqda batan qayığın göndərdiyi yardım siqnalına cavab verməyib.
"Far.Az" xəbər verir ki, bu barədə "Alaska Beacon" nəşri məlumat yayıb.
Yardım siqnalını Pitersberq və Cuno şəhərləri arasında yanacağı bitən motorlu qayıq göndərib. Çağırışa Wilderness Legacy kruiz gəmisinin ekipajı cavab verib və qayığı yedəyə alaraq aparıb. Laynerin kapitanı bildirib ki, Zukerberqin superyaxtası hadisə yerinə daha yaxın olub, lakin siqnallara məhəl qoymayıb.
Nəşrin qeyd etdiyi kimi, hadisə zamanı Zukerberq yaxtada olmayıb. Həmçinin qayıq rəsmi olaraq qəza siqnalı verməyib, sadəcə yardım istəyib.
Meta rəhbərinin nümayəndəsi nəşrə açıqlamasında bildirib: "Hadisə baş verən zaman Mark və onun ailəsi gəmidə olmayıb. Sahil Mühafizəsinin bildirdiyi kimi, qayıq təhlükə vəziyyətində olmayıb. Həmin vaxt ekipaj Sahil Mühafizəsindən gələn siqnalı başqa bir radio kanalında nəzərdən keçirərkən, artıq yardım yolda idi".
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
Tehranda sənaye obyektində yanğın baş verib, ölən və yaralananlar var
-
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib













