Ceki Çan "Tanrının zirehi 4" filminin çəkilişləri üçün Bakıdadır
Əfsanəvi aktyor Ceki Çan Bakıdadır və burada "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macəra filminin bəzi səhnələrinin çəkilişləri başlayır.
"Report" Qazaxıstanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, aktyor Azərbaycanın paytaxtında təxminən on gün keçirəcək.
Filmin əsas çəkiliş meydançası Qazaxıstandır. Manqistau və Almatı vilayətlərində, eləcə də Almatıda çəkilişlər baş tutub. Qazaxıstan tərəfinin təklifi ilə çəkilişlər üçün ikinci ölkə olaraq Azərbaycan seçilib. Filmin istehsalı ilə Qazaxıstanın "Salem Entertainment" kinokompaniyası məşğul olur. Layihənin prodüseri şirkətin qurucusu Rüstəm Omarov, rejissoru isə namizədliyini şəxsən Ceki Çanın təsdiqlədiyi qazaxıstanlı quruluşçu və kaskadyor Robert Kundur. Bakıdakı çəkilişlərə Qazaxıstanın Azərbaycandakı səfirliyi dəstək göstərir.
Bakıdakı çəkilişlər üçün şəhərin ən çox tanınan görməli yerlərindən bəziləri seçilib. Kadrlarda İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı görünəcək.
Filmin premyerası 2027-ci ilə planlaşdırılıb.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
"Tağıyev: Neft" bədii filminin ABŞ-də təqdimatı baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gelencik yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 6 nəfər ölüb, 40 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
-
Azərbaycanda sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
-
"Uzak Şehir"də daha bir tanınmış aktyor













