Rusiya Ukraynanın regionlarına yüzlərlə zərbə endirib: ölən və yaralananlar var
Far.Az xəbər saytı

Rusiya Ukraynanın regionlarına yüzlərlə zərbə endirib: ölən və yaralananlar var


Rusiya ordusu ötən sutka ərzində Ukraynanın Xarkov, Sumı və Zaporojye vilayətlərinə zərbələr endirib, nəticədə 1 nəfər həlak olub, 27 nəfər xəsarət alıb.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər.

Xarkov Vilayət Hərbi Administrsiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, Rusiya qoşunları vilayətin 24 yaşayış məntəqəsinə raketlər, idarəolunan aviabombalar və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Nəticədə 9 mülki şəxs xəsarət alıb.

Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib ki, gecə saatlarında idarəolunan aviabombalarla vilayətə endirilən zərbələr nəticəsində 14 nəfər, o cümlədən 14 yaşlı yeniyetmə xəsarət alıb.

O əlavə edib ki, bütün xəsarət alanlara lazımi tibbi yardım göstərilib, yerlərdə zərbələrin fəsadları aradan qaldırılır.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov isə qeyd edib ki, Rusiya qoşunları sutka ərzində regionun 47 yaşayış məntəqəsinə 867 zərbə endirib. Nəticədə 1 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Güclü yağışların fəsadları aradan qaldırılır
Zabratda yağışın fəsadları aradan qaldırılır
8 noyabr prospektində yağışın yaratdığı fəsadlar aradan qaldırılır
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər