Hacıqabulda qayınata sərxoş kürəkənini çomaqla döydü
Hacıqabul rayonunda qayınata kürəkənini çomaqla döyüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb kürəkənin evə içkili gəlməsi olub. 1965-ci il təvəllüdlü Müqabil Məmmədov (ad və soyad şərtidir - red.) qızı və kürəkəni ilə qonşuluqda yaşayıb. Bir neçə gün əvvəl M.Məmmədov gecə yatdığı vaxt qızı uşaqları ilə birlikdə onlara gəlib. Qızı bildirib ki, həyat yoldaşı sərxoş vəziyyətdə evə gələrək onu döyüb, evdən qovub.
M.Məmmədov özü ilə çomaq götürərək kürəkəninin evinə gedib və onun sərxoş vəziyyətdə olduğunu görüb. Onlar arasında mübahisə yaranıb və M.Məmmədov kürəkəninə çomaqla baş və bədən nahiyələrindən zərbələr endirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və M.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Hacıqabul Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub və zərərçəkmişə dəymiş ziyan ödənilib. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib.
Oxşar xəbərlər
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"













