Balakəndə zəncirvari qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB 2
Balakəndə zəncirvari qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
"Report"un Şimal-qərb bürosunun xəbərinə görə, hadisə zamanı "Hyundai" markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı, "Toyota" markalı avtomobilin sürücüsü Mütəllibov Rəşad Yaşar oğlu və sərnişini Məmmədova Pərvanə Zahid qızı ölüb.
Qəza zamanı "Toyota"nın sərnişini Mütəllibov Yaşar Mahamarəsul oğlu və "Hyundai" markalı avtomobilin sərnişini Soltanov Şərif Siracəddin oğlu xəsarət alıb.
Faktla bağlı araşdırmalar aparılır.
Balakən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan iki kişi Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Hazırda müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.
Hadisə nəticəsində üç nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Balakəndə avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb.
"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Katex kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai", "KİA" və "Toyota" markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, xəsarət alanlar var.
İlkin məlumata görə, hadisə zamanı "Hyundai" markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Hoorsova Məryəm Kamil qızı, "Toyota" markalı avtomobilin sərnişini Mütəllibov Rəşad Yaşar oğlu hadisə yerində ölüb. Digər ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Qəza nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
-
Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib













