Paraqvay iş adamlarının Bakıya səfəri planlaşdırılır
Paraqvayın iş adamlarından ibarət nümayəndə heyətinin Bakıya səfəri planlaşdırılır.
Bu barədə "Far.Az"un Türkiyə bürosuna açıqlamasında Paraqvayın Ankarada iqamət edən Azərbaycan üzrə səfiri Gillermo Sosa deyib.
Səfir bildirib ki, səfərin məqsədi "Mate" (Paraqvay çayı) məhsullarını Azərbaycanda tanıtmaq və azərbaycanlı istehlakçıların bu məhsulu dadmasına imkan yaratmaqdır:
"Mate Paraqvayın mühüm ənənəvi məhsullarından biridir. Ölkədə hər gün istehlak edilən bu içki çay və ya qəhvə kimi mədəni baxımdan böyük əhəmiyyət daşıyır və milli içki hesab olunur".
Paraqvaylı iş adamlarından ibarət nümayəndə heyətinin avqust ayının sonunda və ya sentyabr ayının ilk günlərində İstanbulda keçiriləcək qida sərgisində iştirak edəcəyini bildirən səfir onların Türkiyənin müvafiq şirkətləri ilə ikitərəfli işgüzar görüşlər (B2B) keçirmək və əlaqələr qurmaq niyyətində olduqlarını da açıqlayıb.
İstanbulda keçiriləcək sərgidən sonra nümayəndə heyətinin Bakıya səfər edərək azərbaycanlı iş adamları və şirkətləri ilə görüşməsi, iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi nəzərdə tutulur:
"Azərbaycan və Paraqvayın iş adamları arasında əməkdaşlığın inkişaf etdirilməsini və gələcəkdə "Mate Günləri" kimi xüsusi tanıtım tədbirlərinin keçirilməsini də nəzərdə tutmuşuq. Ona görə də həm İstanbulda, həm də Bakıda yüksəksəviyyəli səfər və görüşlərin keçirilməsinə hazırlaşırıq".
Səfir onu da qeyd edib ki, bu cür tədbirlər yalnız ticarət əlaqələrinin deyil, həm də xalqlar arasında mədəni əlaqələrin və qarşılıqlı tanışlığın inkişaf etdirilməsi baxımından mühüm imkan yaradır.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Paraqvay səfiri: Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstəririk - MÜSAHİBƏ
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
-
Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib













