"Atletiko Madrid" Osimhen üçün 150 milyon avro təklif etməyə hazırlaşır
Far.Az xəbər saytı

"Atletiko Madrid" Osimhen üçün 150 milyon avro təklif etməyə hazırlaşır


"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhenə "Atletiko Madrid"in marağı davam edir. İspaniya klubunun nigeriyalı forvard üçün etdiyi əvvəlki təkliflərin qəbul olunmadığı, son olaraq təqdim edilən 120 milyon avroluq məbləğin də İstanbul təmsilçisini razı salmadığı bildirilir.

Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Atletiko Madrid" transferdən imtina etməyib və Osimhen üçün yeni təklif hazırlayır. İddialara əsasən, Madrid klubu bu dəfə "Qalatasaray"a 150 milyon avro ödəməyə hazırdır.

Təklifin qəbul olunacağı təqdirdə, 27 yaşlı futbolçunun transferinin reallaşması istiqamətində ciddi irəliləyiş əldə oluna bilər.

Osimhen "Atletiko"ya keçidə müsbət yanaşır

Nigeriyalı hücumçunun mövqeyinə dair məlumatlarda isə qərarın "Qalatasaray"dan asılı olduğu qeyd edilir. Osimhenin klubunun onun ayrılmasına razılıq verəcəyi halda "Atletiko Madrid"ə keçidə isti baxdığı iddia olunur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Türkiyə mətbəxinin ləziz məkanı "Günaydın" restoranına "5 ulduz" sertifikatı verildi
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər