Azərbaycanın 7 aylıq büdcə göstəriciləri açıqlanıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xəzinədarlıq orqanları 748 mindən çox ödəniş tapşırığı icra edib.
"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % azdır.
Məlumata görə, 7 ayda icmal büdcənin gəlirləri 28 milyard 841,8 milyon manat, xərcləri 23 milyard 742,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat (1 il əvvələ nisbətən 0,5 %, proqnozdan 3,8 % çox), xərcləri 20 milyard 174,4 milyon manat (illik müqayisədə 1,2 % çox) təşkil edib.
Son nəticədə icmal büdcədə 5 milyard 99,4 milyon manat, dövlət büdcəsində isə 3 milyard 420,3 milyon manat (3,3 % az) profisit olub.
Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 11 milyard 474,1 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard 751,8 milyon manat, İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 32,9 milyon manat, sair daxilolmalar 427,8 milyon manat, Dövlət Neft Fondundan transfert 7 milyard 490 milyon manat, büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 418,1 milyon manat təşkil edib.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Dövlət Gömrük Komitəsi media nümayəndələri üçün mediatur təşkil edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycanın 4 aylıq büdcə göstəriciləri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-8
-
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
-
Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB-2













