Azərbaycan cüdoçuları Macarıstanda Avropa Kubokunda iştirak edəcəklər
Far.Az xəbər saytı

Azərbaycan cüdoçuları Macarıstanda Avropa Kubokunda iştirak edəcəklər


Azərbaycanın yeniyetmə cüdoçuları Macarıstanın Dyör şəhərində Avropa Kubokunda iştirak edəcəklər.

"Report" xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı keçiriləcək turnirdə 29 ölkədən 614 idmançı mübarizə aparacaq.

Millimiz yarışda oğlanlar arasında 8 çəki dərəsində 21 cüdoçu ilə təmsil olunacaq.

Əli Axundov, Mehdi Məmmədli (50 kq), Bayram Orucov (55 kq), Davud Əliyev, İsa Allahverdi, Ömər Həsanoğlu, Sənan Xəmiyev (60 kq), Yusif Abbasov, Ayxan Ələkbərov, Hüseyn Hüseynov, Aslan İsmayılov, Sadıq Seyidəliyev (66 kq), Cahangir Həqverdiyev, Əhməd Mehdiyev, Şamil Sadıqov, Həmid Şərbətov (73 kq) Tunar Abdullayev, Akif Zeydquliyev (81 kq), Canpolad Əliyev, Əmir Xəzriyev (90 kq) və Cavidan Məsimov (+90 kq) qalib adı uğrunda yarışacaq.

Qeyd edək ki, Avropa Kuboku noyabrın 9-dan 10-dək davam edəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Dünya çempionatı: Azərbaycanın bir cüdoçusu qalib, digər idmançısı üçüncü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər