Bakıda tanışlarını bıçaqlayan şəxsə prokuror ağır cəza istəyib
Bakının Sabunçu rayonu ərazisindəki restoranlardan birində tanıdığı iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işinin məhkəməsi yekunlaşıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənin 8 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.
Vaxt məhdudiyyətindən çıxışlar üçün növbəti proses avqustun 19-na təyin edilib.
Xatırladaq ki, hadisə 2025-ci il sentyabrın 25-də Bakının Sabunçu rayonunda yerləşən restoranda baş verib. Namiq Şirinli Babək və Asəf Qazıyev adlı qardaşların əyləşdiyi masaya yaxınlaşaraq pul tələb edib.
Onlar pul verməkdən imtina etdikdə Namiq qardaşlarla uca səslə mübahisə edərək, ünvanlarına nalayiq ifadələr işlədib. N.Şirinli daha sonra cibindən çıxardığı bıçaqla qardaşların hər ikisinə zərbə endirib
Faktla bağlı cinayət işi başlanılıb, Namiq Şirinli Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə məsuliyyətə cəlb olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib
-
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
-
Cəlilabadda transformator partlayıb, yanğın baş verib
-
Hansı bürclər digərlərindən fərqlənir?
-
ABŞ İranın blokadasından sonra 55 ticarət gəmisini yönləndirib
-
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib













