AFFA tərəfindən məşqçilər üçün vebinar keçirilib
AFFA tərəfindən "Məşqçinin psixoloji rifahı və peşəkar tükənmişlik" mövzusunda növbəti təhsil vebinarı keçirilib.
"Far.Az" xəbər verir ki, vebinarda ölkənin müxtəlif futbol akademiyalarını təmsil edən məşqçilər iştirak ediblər.
Onlayn seminar zamanı məşqçilərdə peşəkar tükənmişliyin yaranma səbəbləri, ilkin əlamətlərinin tanınması, stress və emosional yükün məşqçi fəaliyyətinə təsiri, psixoloji rifahın qorunması üçün praktik özünə qayğı üsulları, məşqçinin psixoloji vəziyyətinin komanda mühitinə və oyunçuların inkişafına təsiri, eləcə də uzunmüddətli motivasiya və peşəkar dayanıqlılığın formalaşdırılması mövzuları müzakirə olunub.
Təlim idmançıların və məşqçilərin psixoloji hazırlığı, performans psixologiyası və peşəkar rifah sahələrində fəaliyyət göstərən idman psixoloqu Elşan Erdoğan tərəfindən keçirilib.
İnteraktiv formatda təşkil olunan vebinar zamanı iştirakçılar arasında qarşılıqlı müzakirələr aparılıb. Sorğunun nəticələrinə əsasən, iştirakçılar vebinarı yüksək qiymətləndirib və təqdim olunan mövzuları faydalı hesab ediblər.
İştirakçılar tərəfindən məşqçilərin psixoloji rifahı, performans psixologiyası və oyunçuların psixoloji inkişafı ilə bağlı mövzular üzrə təhsil vebinarlarının davam etdirilməsinin arzuolunan olduğu vurğulanıb.
Oxşar xəbərlər
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib
-
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
-
Almaniya dronlarla mübarizə üzrə xüsusi bölmənin sayını ikiqat artıracaq
-
Cəlilabadda transformator partlayıb, yanğın baş verib
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2026)
-
Hansı bürclər digərlərindən fərqlənir?













