Eyal Zamir: İsrail bütün əsas cəbhələrdə danışıqlar aparır
Far.Az xəbər saytı

Eyal Zamir: İsrail bütün əsas cəbhələrdə danışıqlar aparır


İsrail Müdafiə Qüvvələrinin (İMQ) əsas nailiyyəti bu gün bütün əsas cəbhələrdə danışıqların aparılması faktıdır.

"Far.Az" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti İMQ-nin Baş Qərargah rəisi Eyal Zamirin ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperin iştirakı ilə keçirilən müşavirə zamanı verdiyi bəyanatına istinadən məlumat yayıb.

"İMQ döyüş qabiliyyətli ordudur və biz bir neçə cəbhədə genişmiqyaslı, uzunmüddətli əməliyyatda iştirak edirik. Hazırda bütün əsas cəbhələrdə diplomatik danışıqlar aparılır və bu, İsrail ordusunun tarixi nailiyyətlərinin nəticəsidir. Biz müdafiəyə yaxşı hazırlıq və eyni zamanda, intensiv döyüş əməliyyatlarına dərhal qayıtmaq üçün hazırlığımızı və qabiliyyətimizi qoruyub saxlayırıq", - Zamir bildirib.

Öz növbəsində, Kuper İMQ ilə ABŞ Silahlı Qüvvələri arasında əməliyyatlar zamanı öz effektivliyini dəfələrlə sübut etmiş dərin strateji tərəfdaşlıq barədə danışıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Bred Pittin çəkildiyi filmin rejissoru: "Səhv etsəydi, divara çırpıla bilərdi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər