Azərbaycan Tibb Universitetində təhsil haqqı azaldılıb? - AÇIQLAMA
Far.Az xəbər saytı

Azərbaycan Tibb Universitetində təhsil haqqı azaldılıb? - AÇIQLAMA


2026-2027-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetində (ATU) təhsilhaqları ötən illə müqayisədə ixtisasdan asılı olaraq 1000-1500 manatadək azaldılıb.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə ATU-dan bildirilib.

Qeyd olunub ki, bu dəyişiklik dövlətin əhalinin sosial rifahının yaxşılaşdırılması və ali təhsilin daha əlçatan olması istiqamətində həyata keçirdiyi siyasətin növbəti mərhələsidir. Bildirilib ki, dövlət hesabına təhsil alan tələbələrin təhsil xərcləri də dövlət tərəfindən qarşılanır.

"2024-cü il tarixli 120 nömrəli müvafiq qərara əsasən, ixtisasından asılı olaraq dövlət sifarişində təhsil alan hər bir tələbə üçün təhsil xərci 6 000-8 000 manat məbləğində müəyyən edilib", - açıqlamada qeyd olunub.

Universitetdən bildirilib ki, 2026-2027-ci tədris ili üzrə ATU-ya ödənişli əsaslarla qəbul planının minimuma endirilməsi də ali təhsilin maliyyə baxımından daha əlçatan edilməsinə yönəlmiş siyasətin mühüm göstəricisidir.

Qeyd edək ki, 2026-2027-ci tədris ili üçün ATU-da "Tibb" ixtisası üzrə illik təhsil haqqı 5 000 manat, "Stomatologiya", "Əczaçılıq", "Fizioterapiya", "İctimai səhiyyə" və "Tibb bacısı (qardaşı) işi" ixtisasları üzrə isə 4 500 manat müəyyənləşdirilib.

Beləliklə, ötən tədris ili ilə müqayisədə "Tibb" və "Stomatologiya" ixtisaslarında illik təhsil haqqı 1 500 manat, digər qeyd olunan ixtisaslarda isə 500 manat azalıb.

Oxşar xəbərlər

ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılış mərasimi keçirilib
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər