Sumqayıtda yolun çökməsi genişlənir: Obyektlər hər an uça bilər
Sumqayıtın Üzeyir Hacıbəyov küçəsində avtomobil yolunda çökmə baş verib.
Far.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, yolun çökmüş hissəsi getdikcə genişlənərək yaşayış binasına doğru irəliləyir. Mövcud vəziyyət yaxınlıqdakı obyektlər üçün də təhlükə yaradır. Belə ki, onların hər an uçma ehtimalının olduğu bildirilir.
İlkin məlumata görə, yolun altından keçən iridiametrli kanalizasiya kollektorunun partlaması nəticəsində asfalt örtüyü çöküb. Çökmənin hər gün daha da genişləndiyi qeyd olunur.
Hadisə yerində təhlükəsizlik məqsədilə mühafizə tədbirləri görülsə də, problem hələlik aradan qaldırılmayıb.
Məsələ ilə bağlı Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, əraziyə baxış keçirilib və insanların təhlükəsizliyi nəzərə alınaraq ərazi tam mühafizəyə götürülüb.
Qeyd olunub ki, qəzanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək və problem qısa müddət ərzində həllini tapacaq.
Oxşar xəbərlər
Biləcəridə bünövrəsi çökmüş fərdi yaşayış evlərinin bir hissəsi uçdu
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"













