Liviyada dron zərbəsi nəticəsində neft emalı zavodunda yanğın baş verib
Far.Az xəbər saytı

Liviyada dron zərbəsi nəticəsində neft emalı zavodunda yanğın baş verib


Liviyanın qərbindəki Əz-Zaviyə şəhərində neft emalı zavoduna endirilən zərbə nəticəsində yanğın baş verib.

"Far.Az" xəbər verir ki, bu barədə "Al Marsad" portalı məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində yanacaq çəni dağılıb, neft emalı zavodunda yanğın qeydə alınıb.

Hadisənin təfərrüatları qeyd olunmayıb.

Xatırladaq ki, daha əvvəl Əz-Zaviyədəki neft emalı zavodu ərazisində silahlı qruplaşmalar arasında toqquşmalar baş vermiş, nəticədə ən azı dörd nəfər həlak olmuşdu. Tripolidən qərbdə yerləşən Əz-Zaviyə Qərbi Liviyanın əsas mərkəzlərindən biri hesab olunur. Şəhərdə ölkənin ən böyük neft emalı zavodu yerləşir.

Oxşar xəbərlər

DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Dövlət Xidməti Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər