"Barselona"nın futbolçusu PSJ-yə keçir
Far.Az xəbər saytı

"Barselona"nın futbolçusu PSJ-yə keçir


"Barselona"nın hücumçusu Ferran Torresin PSJ-yə transferi demək olar ki, razılaşdırılıb.

Far.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Məlumata görə, PSJ-nin 26 yaşlı ispaniyalı futbolçu üçün "Barselona"ya bonuslar da daxil olmaqla 50 milyon avroluq təklifi Kataloniya klubu tərəfindən qəbul edilməyib. "Barselona" futbolçuya görə 50 milyon avro zəmanətli ödəniş və əlavə bonuslar tələb edir.

Buna baxmayaraq, tərəflər arasında danışıqlar sürətlə irəliləyib. Artıq transfer prosesinin iştirakçılarından bəziləri keçidin faktiki olaraq razılaşdırıldığını hesab edir. Klublar arasında yalnız bir neçə detalın dəqiqləşdirilməsi qalıb.

Ferran Torresin PSJ ilə şəxsi müqavilənin şərtlərini də razılaşdırdığı bildirilir. Paris təmsilçisinin idman direktoru Luis Kampos və "Barselona"nın idman direktoru Deku transferin son detallarını müzakirə edirlər.

Keçidin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir. Bu səbəbdən Torresin avqustun 12-də İspaniya millisinin futbolçularının "Barselona"nın düşərgəsinə qayıdışı zamanı komandaya qoşulmayacağı ehtimal olunur.

Qeyd edək ki, Ferran Torres ötən mövsüm "Barselona"nın heyətində 49 oyunda 21 qol vurub və 3 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər