Ölkənin bir neçə ərazisində işıqlar sönəcək
Far.Az xəbər saytı

Ölkənin bir neçə ərazisində işıqlar sönəcək


Bu gün ölkənin bir neçə rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

BAKU.WS xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 11-də ölkənin bir sıra rayonlarında bəzi hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Ağdaş Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 10:00-dan 14:00-dək Qaradağlı kəndində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Tərtər EŞ-nin xidməti ərazisində saat 10:00-dan 14:00-dək Bəyimsarov, Kövdadıq və Rəcəbbəyli kəndlərinin bir hissəsində enerjinin verilişində fasilə yaranacaq.

Planlı fasilə saat 10:00-dan 16:00-dək Yevlaxın Aşağı Bucaq, Ərəş, Xaldan, Xanabad, Qaraoğlan, Qəribli, Quşşu, Meyvəli, Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərini də əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Beş rayonda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər