Füzuli Məmmədov: "Sabah" öz meydanında "Orhus"a bir neçə qol vurmaq gücündədir"
"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda məğlubiyyətə baxmayaraq, doğma azarkeşləri önündə Danimarkanın "Orhus" komandasına qalib gəlmək iqtidarındadır.
Bunu "Far.Az"a açıqlamasında "Karvan-Yevlax"ın sabiq baş məşqçisi Füzuli Məmmədov deyib.
Azərbaycan millisinin keçmiş üzvü komandanın səfər qarşılaşmasında pis təsir bağışlamadığını diqqətə çatdırıb:
"Rəqibin keçidlər zamanı yaratdığı epizodlardan ikisi qolla nəticələndi. Bunlar çox çətin zərbələr idi. Ümumi oyuna nəzarət və top üstünlüyü daha çox "Sabah"da idi. Komanda yaxşı imkanlar yaratsa da, bəzi anlarda son zərbələrdə dəqiqlik çatmadı".
F.Məmmədov 1:2 hesablı yenilginin böyük fərq olmadığını vurğulayıb:
"Sabah" evdə danimarkalıların qapısından 1 deyil, bir neçə top keçirməyə qadirdir. Səfərdəki oyun bu fikri söyləməyə əsas verir. Düşünürəm ki, qarşı tərəf daha yaxşı təhlil ediləcək. Səhvlər istər-istəməz qaçılmazdır, lakin daha az xətaya yol verməklə rəqibi səhvə məcbur etmək lazımdır. İnanıram ki, yaxşı təzyiq göstərərək oyunda qalib gələn tərəf məhz "Sabah" olacaq".
Qeyd edək ki, "Sabah" – "Orhus" matçı bu gün, saat 20:00-da "Bank Respublika Arena"da start götürəcək. Tərəflər arasında Danimarkada baş tutan ilk görüşdə "Orhus" 2:1 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu
-
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib













