Rusiyanın ən böyük neft-kimya kompleksi dron hücumuna görə fəaliyyətini dayandırıb
Rusiyanın Tobolskdakı (Tümen vilayəti) ən böyük "ZapSibNeftexim" neft-kimya kompleksi dron hücumundan sonra fəaliyyətini dayandırıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" sənaye mənbələrinə istinadən bildirib. Məlumata görə, dayandırma qeyri-müəyyən müddətədir, zərərin miqyası və nəticələri qiymətləndirilir.
Əvvəllər Ukrayna dronlarının Rusiyanın Tümen vilayətindəki "ZapSibNeftexim" neft-kimya kompleksinə zərbə endirdiyi bildirilib. Dronların hədəfə çatmaq üçün 2000 kilometrdən çox məsafə qət etdiyi xəbər verilib. Kompleksdə yanğınlar və dağıntılar barədə xəbərlər yayılıb.
Tümen vilayətinin qubernatoru Aleksandr Moor obyektin adını açıqlamadan dron hücumu nəticəsində regionun sənaye obyektlərindən birində yanğının baş verdiyini təsdiqləyib.
Oxşar xəbərlər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













