Bir-dən təqaüdçülər üçün "Hər yaşa dost" təşəbbüsü
İnklüziv rəqəmsal mühitin yaradılmasına önəm verən Bir ekosistemi, Ümumdünya SəhiyyəTəşkilatının (WHO) "Hər yaşa dost" (Age-friendly)konsepsiyası çərçivəsində 60 yaşdan yuxarı şəxslər üçün istifadəçi təcrübəsi və maarifləndirməsessiyası təşkil edib.
Təşəbbüsə "Üçüncü Bahar" İctimai Birliyinin YAŞA Mərkəzindən 40-a yaxın təqaüdçü qatılıb. Onlar Bir-in rəqəmsal xidmətləri ilə tanış olaraq bir çox funksionallığı sınaqdan keçirib təəssüratlarını və təkliflərini bölüşüblər. İştirakçıların rəyləri xidmətlərin daha rahat və anlaşıqlı olması, funksiyaların isə yuxarı yaş qrupuna aid istifadəçilərin ehtiyaclarına daha uyğun təqdim edilməsi baxımından faydalı olub.
Sessiyada səsləndirilən fikir və təkliflər Bir-in məhsul və xidmətlərinin daha da təkmilləşdirilməsində nəzərə alınacaq. Şirkət gələcəkdə də müxtəlif yaş qruplarından olan istifadəçilərlə belə görüşlər keçirməyi planlaşdırır.
Görüş çərçivəsində iştirakçıların rəqəmsal savadlılığının artırılması məqsədilə "Bank xidmətlərində təhlükəsizlik və istifadə təcrübəsi" mövzusunda xüsusi təlim də təşkil olunub. Təqaüdçülərə kiberdələduzluq riskləri və rəqəmsal bank xidmətlərindən təhlükəsiz istifadə qaydaları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (WHO) "Age-friendly" konsepsiyası insanların həyat boyu qabiliyyətlərini qorumasına və inkişaf etdirməsinə dəstək olmağı hədəfləyir. Bu yanaşmanın əsas məqsədi, yaşından asılı olmayaraq hər kəs üçün xidmətlərin, məhsulların vətexnologiyaların əlçatan, rahat və istifadəsinin asan olmasını təmin etməkdir. Bu prinsiplər əsasında hazırlanan həllər yaşlı nəslin rəqəmsal xidmətlərdən daha inamla və rahat şəkildə faydalanmasına imkan yaradır.
Qeyd edək ki, Bir ekosistemi 2017-ci ildən etibarən YAŞA Mərkəzlərinə dəstək göstərərək təqaüdçülərin sağlam və aktiv həyat tərzini davam etdirmələri, eləcə də cəmiyyət həyatında fəal iştirak etmələri üçün müxtəlif təşəbbüslər həyata keçirir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətəbaşlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan vəBakıKart ilə qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
Oxşar xəbərlər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
Növbəti 2 günlə bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub













