Azərbaycan və Türkiyə gömrük prosedurlarını sadələşdirməyi müzakirə ediblər
Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında gömrük prosedurlarının sadələşdirilməsi, orta dəhliz boyu yükdaşımaların asan və sürətli şəkildə həyata keçirilməsi müzakirə olunub.
"Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Azərbaycan və Türkiyənin gömrük xidmətlərinin Gömrük Mühafizə Baş İdarəsinin rəis müavini Yaşar Baltacının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.
Görüşdə iki ölkənin gömrük orqanları arasındakı münasibətlərdən, birgə həyata keçirilən layihələrdən, qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşılması istiqamətində görülən işlərdən məmnunluqla bəhs edilib.
Həmçinin görüşdə tranzitin sürətləndirilməsi istiqamətində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri DGK-nın Akademiyasında, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, Kinoloji Mərkəzdə də olublar.
Gömrük işi sahəsində aparılan elmi araşdırmalar, institusional yanaşmalarla tanış olan nümayəndə heyətinin üzvlərinə gömrük orqanlarının kinoloji sahədəki fəaliyyəti, eyni zamanda hava nəqliyyatında gömrük işinin təşkili barədə ətraflı məlumat verilib, gömrük sahəsində hüquqpozmalar, risklərin idarə olunması, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













