ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri Amerikanın İrana tətbiq etdiyi blokadanı pozmağa cəhd edən, Panama bayrağı altında üzən "M/V Vela Nova" yük gəmisini sıradan çıxarıb.
"Far.Az"un CENTCOM-un rəsmi bəyanatına istinadən verdiyi məlumata görə, hadisə Oman körfəzinin akvatoriyasında, quru yük gəmisi İran limanlarından birinə doğru hərəkət edərkən baş verib.
ABŞ qurumunun məlumatına görə, gəmi heyəti Amerika qüvvələrinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymadıqdan sonra Hərbi Dəniz Qüvvələrinin MH-60 helikopteri gəminin maşın bölməsinə iki "Hellfire" raketi atıb. Zərbə nəticəsində sükan sistemi zədələnib və gəmi hərəkət qabiliyyətini itirib.
CENTCOM-dan bildiriblər ki, avqustun 11-nə olan məlumata görə, Amerika qüvvələri blokadadan yan keçməyə cəhd edən 55 kommersiya gəmisinin istiqamətini dəyişdirib, üç gəmini sıradan çıxarıb və daha ikisinə baxış keçirib.
Oxşar xəbərlər
ABŞ "Lian Star" gəmisini "Hellfire" raketi ilə sıradan çıxarıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-8
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
Liviyada neft emalı zavoduna daha bir zərbə endirilib - YENİLƏNİB
-
Yaponiya milli kosmik mövqe təyinetmə sisteminin altıncı peykini orbitə uğurla çıxarıb
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb













