Azərbaycanın inşaat şirkətinin xalis mənfəəti 42 %-ə yaxın azalıb
Far.Az xəbər saytı

Azərbaycanın inşaat şirkətinin xalis mənfəəti 42 %-ə yaxın azalıb


"Mərmər İnşaat" ASC 2025-ci ili 5,753 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 41,8 % azdır.

Ötən il "Mərmər İnşaat"ın əsas əməliyyat (satış) gəlirləri 44,311 milyon manat (41,4 % az), satışının maya dəyəri 41,076 milyon manat (30,1 % az), digər gəlirləri 5,854 min manat (104,5 dəfə çox), inzibati-ümumi xərcləri 2,512 milyon manat (2,1 dəfə az), sair əməliyyat xərcləri 22 min manat (2,7 dəfə az), məzənnə fərqindən gəliri 7 min manat (əvvəlki il zərər olub), maliyyə gəlirləri 664 min manat (22,2 % az), mənfəət vergisi ödəmələri isə 1,473 milyon manat (42,6 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Mərmər İnşaat"ın aktivləri 57,506 milyon manat olub ki, bu da illik müqayisədə 9,3 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 14,7 % azalaraq 37,761 milyon manata düşüb, balans kapitalı isə 3,2 % artaraq 19,744 milyon manata çatıb.

Xatırladaq ki, "Mərmər İnşaat" 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,6 milyon manat, qanuni təmsilçisi isə Azər Bayramovdur. Şirkətin yeganə səhmdarı Gürzad Axundovadır.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
"Azərenerji"nin xalis mənfəəti 26 %-dən çox azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər