Pərvanə Vəliyeva: "Naxçıvan Orta Dəhlizin əsas həlqələrindən biri olacaq"
Naxçıvan Muxtar Respublikası Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin əsas həlqələrindən birinə çevriləcək.
Bunu "Far.Az"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib.
Onun sözlərinə görə, Naxçıvanın Azərbaycanın digər bölgələri ilə sıx inteqrasiyası milli təhlükəsizlik və iqtisadi tərəqqi baxımından strateji əhəmiyyət kəsb edir: "Muxtar respublikanın spesifik coğrafiyası və əsas hissədən ayrı düşməsi bu diyarın təhlükəsizliyinə və hərtərəfli inkişafına xüsusi diqqət yetirilməsini zəruri edir. Hazırda Naxçıvan, işğaldan azad edilmiş ərazilər (Qarabağ və Şərqi Zəngəzur) ilə birlikdə vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilir. Bu istiqamətdə inzibati islahatlar həyata keçirilərək Prezidentin xüsusi nümayəndəliyi institutu yaradılıb və struktur islahatları idarəetməni təkmilləşdirib. Sumqayıtdan sonra ölkədə ikinci ən böyük sənaye zonası olacaq Naxçıvan Sənaye Parkının təməlinin qoyulması yeni iş yerləri və iqtisadi canlanma deməkdir. Sosial infrastruktur üzrə "ASAN xidmət" və "DOST" mərkəzlərinin fəaliyyəti, o cümlədən, kənd təsərrüfatı və suvarma layihələri əhalinin rifahına birbaşa xidmət edəcək".
O, qeyd edib ki, muxtar respublika üçün enerji təhlükəsizliyi və şaxələndirmə xüsusi əhəmiyyətə malikdir: "Regiondakı mövcud risklər və enerji böhranları fonunda Naxçıvanın dayanıqlı enerji təminatı hər zaman prioritet olub. Muxtar respublika artıq 100 % qazlaşdırılıb və mövcud 200 meqavatlıq generasiya gücü daxili tələbatı tam ödəyir. 300 meqavatlıq yeni istilik elektrik stansiyasının inşası isə generasiya gücünü əhəmiyyətli dərəcədə artıracaq. Naxçıvan, həm də Azərbaycanın "yaşıl enerji" zonalarından biridir. Elektrik avtobuslarından və günəş enerjisindən istifadənin genişləndirilməsi ilə Naxçıvanın 2050-ci ilə qədər xalis sıfır karbonlu əraziyə çevrilmək potensialı var və bu istiqamətdə artıq öhdəliklər götürülüb. Burada 500-1000 meqavatlıq günəş potensialı mövcuddur".
Deputat hesab edir ki, Naxçıvanın strateji mövqeyi onu regionun əvəzolunmaz nəqliyyat və enerji qovşağına çevirir: "Zəngəzur dəhlizi (TRİPP layihəsi) qlobal əhəmiyyətli layihədir. İqtisadi dividendlərə gəldikdə isə, əhliz vasitəsilə ilkin mərhələdə 1,5 milyon, gələcəkdə isə 15 milyon tondan çox yükün daşınması planlaşdırılır ki, bu da Naxçıvanda böyük iqtisadi canlanmaya və yeni iş yerlərinə səbəb olacaq Marşrutun Türkiyə ilə birləşdirilməsi regional və qlobal miqyasda böyük əhəmiyyətə malikdir. Mərkəzi Asiyadan Transxəzər marşrutu vasitəsilə Türkiyəyə və oradan Avropaya uzanan bu xətt ticarətdə fasiləsiz nəqliyyat bağlantısının yaradacaq və Şərq-Qərb, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizləri boyunca yerləşən tranzit ölkələr üçün əhəmiyyətli faydalar yaradacaq. Təsadüfi deyil ki, Avropa İttifaqı (Aİ) da layihəyə marağını ifadə edib, Avropa Yenidənqurma və İnkişaf Bankı Naxçıvan dəmir yollarının texniki-iqtisadi qiymətləndirməsini aparır. Aİ dəmir yoluna investisiyada maraqlıdır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
-
UEFA Superkubokunun qalibi müəyyənləşib













