Petre Mamradze: Azərbaycanın enerji potensialı Cənubi Qafqazda heç bir ölkə ilə müqayisə oluna bilməz
Far.Az xəbər saytı

Petre Mamradze: Azərbaycanın enerji potensialı Cənubi Qafqazda heç bir ölkə ilə müqayisə oluna bilməz


Azərbaycanın enerji potensialı Cənubi Qafqazda heç bir ölkə ilə müqayisə oluna bilməz.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Prezident Administrasiyasının sabiq rəhbəri, siyasi şərhçi və professor Petre Mamradze deyib.

O, Azərbaycanın böyük resurslara malik olduğunu xatırladıb.

"Hamıya məlumdur ki, Azərbaycanın böyük resursları və enerji baxımından çox böyük potensialı var. Cənubi Qafqazda və ümumilikdə regionda heç kim Azərbaycanla müqayisə oluna bilməz", - P. Mamradze qeyd edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin enerji şəbəkələrinin inkişafına xüsusi diqqət ayırması mühüm əhəmiyyət kəsb edir.

Siyasi şərhçi bildirib ki, hazırda elektrik enerjisinin Azərbaycandan Naxçıvana, oradan isə Türkiyəyə ötürülməsi imkanlarının müzakirə edilməsini regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Mamradze hesab edir ki, bu proseslər Cənubi Qafqazda davamlı sülhün formalaşması baxımından da mühüm göstəricidir.

O qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin davam etməsi və elektrik enerjisinin Ermənistan ərazisindən keçməklə Naxçıvan və daha sonra Türkiyəyə çatdırılması imkanlarının gündəmə gəlməsi regionda yeni əməkdaşlıq perspektivlərindən xəbər verir:

"Hazırda bunun birbaşa Ermənistan ərazisindən, Naxçıvandan keçərək daha sonra Türkiyəyə çatdırılmasından danışılır. Bu, çox gözəl haldır".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər