Bu rayonlarda elektrik enerjisi kəsiləcək – SİYAHI
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 13-də ölkənin bir sıra rayonlarında 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.
"Azərişıq" ASC-dən Far.Az-ə bildirilib ki, Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Yuxarı Zeynəddin kəndi və şəhər ərazisində yerləşən Səməd Vurğun, Arif Heydərov, Ağalı, Fariz Səfərov, Müşfiq İsayev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Göyçay EŞ-nin xidməti ərazisində yerləşən şəhərin Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrində saat 10:00-dan 15:00-dək enerjinin verilişi dayandırılacaq.
Planlı fasilə saat 10:00-dan 16:00-dək Yevlaxın Aşağı Bucaq, Ərəş, Xaldan, Qaraoğlan, Qəribli, Quşçu, Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Oxşar xəbərlər
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













