"Azərişıq" Kəlbəcərin bir sıra ərazilərində yenidənqurma işləri həyata keçirir
"Azərişıq" ASC Kəlbəcərin bir sıra ərazilərində yenidənqurma işləri həyata keçirir.
"Far.Az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, mürəkkəb relyefi və sərt iqlimi ilə seçilən, füsunkar təbiəti ilə göz oxşayan Kəlbəcərdə işğaldan azad olunduğu gündən etibarən elektrik təsərrüfatı yenidən qurulmağa başlayıb. Rayon ərazisində əsaslı təmir və yenidənqurma işləri bu gün də sürətlə davam etdirilir. Kəlbəcərə köç edən sakinlər keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar.
Yenidənqurma işləri çərçivəsində şəhər ərazisində yeni yaradılan 2-ci yaşayış məhəlləsində 35/0.4 kV-luq müasir tipli yarımstansiya tikilib, 2 kilometrə yaxın ikidövrəli 35 kV-luq yeraltı kabel xətti çəkilib. Sərhəd bölgələrində yerləşən strateji obyektlərin elektrik təchizatını gücləndirmək məqsədilə Zar-Zəylik istiqamətində 6 kilometr, Alagöllərə 48 kilometr, Zod istiqamətində isə 4 kilometr uzunluğunda Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib.
Kəlbəcər Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 110 kV-luq ikidövrəli hava elektrik verilişi xəttinin çəkilişinə başlanılıb.
Həmçinin 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasından İstisu istiqamətində strateji obyektləri elektrik enerjisi ilə təmin etmək məqsədilə ikidövrəli 42 kilometr uzunluğunda ÖİN-3 kabel xətti çəkilib. Həmin xəttin üzərində müasir Qapalı Paylayıcı Qurğu (QPQ) quraşdırılaraq Kəlbəcər şəhəri fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin edilib.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən "Azərişıq" ölkənin bütün regionlarında, həmçinin Qarabağ və Şərqi Zəngəzurda əsaslı təmir, yenidənqurma işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsinə hədəflənib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirildi
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













