Sabahdan böyük DƏYİŞİKLİK! 6 Ekspres avtobus xətti işə düşür - Haradan-haraya
"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.
BAKU.WS xəbər verir ki, dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayıb.
Yeni ekspres marşrutlar bunlardır:
▪ M1: "Elmlər Akademiyası" – "28 May"
▪ M2: "İnşaatçılar" – "Nizami" – "28 May"
▪ M3: "20 Yanvar" – "Nizami" – "28 May"
▪ M4: "20 Yanvar" – "Koroğlu"
▪ M5: "20 Yanvar" – "Gənclik"
▪ M6: "Elmlər Akademiyası" – "Gənclik"
Eyni zamanda, 20 müntəzəm marşrutda (2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199, 202 nömrəli) avtobusların sayının artırılması həyata keçiriləcək.
Avqustun 13-dən isə "28 May" Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil edilib. Belə ki, 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində təyin edilib.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
Avqustun 15-dən 6 yeni ekspres avtobus fəaliyyətə başlayacaq - BU İSTİQAMƏTLƏRDƏ
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
SOCAR-ın borc öhdəlikləri açıqlanıb
-
Nardaranda BƏDBƏXT HADİSƏ: Hovuzda ayağı su nasosunda qalan uşaq öldü
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
-
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər













