Kriptoaktivlərlə bağlı normativ hüquqi aktların hazırlanması müzakirə edilib
Far.Az xəbər saytı

Kriptoaktivlərlə bağlı normativ hüquqi aktların hazırlanması müzakirə edilib


Azərbaycan Mərkəzi Bankında (AMB) kriptoaktivlərlə bağlı normativ hüquqi aktların hazırlanması müzakirə edilib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilov "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib. Görüş çərçivəsində bu ilin II rübündə maliyyə texnologiyaları və ödəniş sahəsində əldə olunan nəticələr, eləcə də ekosistemdə formalaşan başlıca meyillər və gələcək inkişaf istiqamətləri müzakirə olunub.

Bununla yanaşı, kriptoaktivlər və kriptoaktiv xidməti təminatçılarının fəaliyyətini əhatə edən kompleks tənzimləmə çərçivəsinin tətbiqi, habelə bu sahədə müvafiq normativ xarakterli aktların hazırlanması istiqamətində görüləcək işlər diqqət mərkəzində olub.

Görüşdə həmçinin növbəti mərhələdə sektor üçün müəyyənləşdirilən başlıca strateji hədəflər, eləcə də fırıldaqçılıq və qeyri-qanuni əməliyyatların qarşısının alınması məqsədilə nəzarət alətlərinin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər