Fabyen Bartez Fransa millisinin qapıçılar üzrə məşqçisi təyin olunub
Far.Az xəbər saytı

Fabyen Bartez Fransa millisinin qapıçılar üzrə məşqçisi təyin olunub


Fransa milli komandasının qapıçılar üzrə məşqçisi postuna Fabyen Bartez təyin olunub.

"Report" Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis baş məşqçi Zinəddin Zidanın rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.

Z.Zidanın məşqçilər heyətinə həmçinin David Bettoni, Hamidu Msaidi, Qreqori Düpon, Stefan Plank, Farid Tabet və Kleman İber daxil olublar.

Qeyd edək ki, 55 yaşlı F.Bartez dünya və Avropa çempionu, "Marsel"in heyətində UEFA Çempionlar Liqasının qalibi, "Mançester Yunayted"lə 2 dəfə İngiltərə, "Monako" ilə 2 dəfə Fransa çempionudur. O, oyunçu karyerasını 2007-ci ildə başa vurub və həmin vaxtdan məşqçilik təcrübəsi olmayıb.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər