Azərbaycan voleybolçusu Leyla Əliyeva: "EEVZA çempionatında beşinci yer gözlədiyimiz nəticə deyildi"
Far.Az xəbər saytı

Azərbaycan voleybolçusu Leyla Əliyeva: "EEVZA çempionatında beşinci yer gözlədiyimiz nəticə deyildi"


Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında gözlənilən nəticəni qazana bilməyib.

Bunu "Far.Az"a açıqlamasında komandanın üzvü Leyla Əliyeva deyib.

"Qrupda Latviya və Polşa yığmaları ilə qarşılaşdıq. Polşa ilə oyun bizim üçün çox çətin keçdi, Latviya ilə daha yaxşı mübarizə apardıq. Yaxşı imkanlarımız olsa da, istədiyimiz nəticəni əldə edə bilmədik. Fikrimcə, bir qədər sabitlik və soyuqqanlılıq çatmadı. İki məğlubiyyətdən sonra toparlanmaq və komanda olaraq öz oyunumuzu göstərmək çox vacib idi. Turniri qələbə ilə başa vurduğumuza görə çox şadam. Əlbəttə, beşinci yer gözlədiyimiz nəticə deyildi,. Amma əsas odur ki, səhvlərimizdən nəticə çıxaraq və gələcəyə baxaq", - deyə o vurğulayıb.

L.Əliyeva rəqiblərlə müqayisədə komandanın daha gənc olduğunu diqqətə çatdırıb:

"İnanıram ki, gələcəkdə daha yaxşı oyun nümayiş etdirib, daha yüksək nəticələr əldə edə biləcəyik. Bizə inandığı və beynəlxalq turnirdə iştirak edərək təcrübə qazanmağımıza şərait yaratdığı üçün Azərbaycan Voleybol Federasiyasına təşəkkür edirəm. Əməklərinə görə məşqçilər heyətinə, mübarizəyə görə bütün komandaya minnətdaram".

Xatırladaq ki, oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində keçirilən yarışda baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi Azərbaycan millisi A qrupunda Polşa və Latviya seçmələrinə 0:3 hesabı ilə uduzub. Komanda beşinci yer uğrunda görüşdə isə Gürcüstan yığmasını 3:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər