"Qarabağ"- "Dinamo Kiyev" oyunundan əvvəl fan zona təşkil olunacaq
Far.Az xəbər saytı

"Qarabağ"- "Dinamo Kiyev" oyunundan əvvəl fan zona təşkil olunacaq


UEFA Konfrans Liqasının üçüncü təsnifat oyununda "Qarabağ" "Dinamo Kiyev" ilə qarşılaşacaq.

Qarşılaşmadan öncə azarkeşlər üçün "Azərsun Holdinq"in təşkilatçılığı ilə Tofiq Bəhramov stadionunun önündə xüsusi fan zona yaradılacaq. Fan zonada əyləncəli proqram 13 avqust 18:00-dan başlayacaq. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq. Eyni zamanda holdinqə aid "Azerçay", "Joyzz", "Zeytun Bağları", "Bizim Süfrə", "Azərsüd", "Shokki Mokki", "Bizim Tarla" markaları gələn qonaqlara öz məhsullarını ikram edəcəklər.

Qeyd edək ki, "Qarabağ" futbol klubu 2001-ci ildə "Azərsun Holdinq" tərəfindən himayəyə götürülüb və geridə qalan illər ərzində mühüm uğurlar qazanaraq Azərbaycan idman tarixinə adını qızıl hərflərlə yazdırıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
"ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər