Rusiya Ermənistan kənd təsərrüfatı məhsullarının idxalının bərpası şərtlərini açıqlayıb
Rusiya bazarına tədarükün bərpasının şərtləri Ermənistandan ölkəmizə gətirilən kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi, onlara dair məcburi tələblərin yerinə yetirilməsidir.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
"Kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi, o cümlədən Ermənistan istehsalçılarının öz xammalından istifadə etməsi, pestisidlərə nəzarət, tədarükün izlənilməsi və digər məcburi tələblər hazırda məhdudiyyətlərin tətbiq olunduğu malların idxalının bərpası üçün ən mühüm şərtdir", - məlumatda vurğulanıb.
Qeyd olunub ki, bu məsələ Almatıda Avrasiya İqtisadi İttifaqının Aqrar-Sənaye Siyasəti Şurasının VII iclası çərçivəsində baş tutan, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Oksana Lut ilə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan arasında keçirilən görüşdə müzakirə edilib.
Ermənistandan gətirilən məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair iradlara görə, "Rosselxoznadzor" mayın 22-dən güllərin, mayın 30-dan təzə pomidor, xiyar, bibər, göyərti bitkilərinin və çiyələyin, iyunun 2-dən çəyirdəkli meyvə bitkilərinin və təzə üzümün, iyunun 3-dən tumlu meyvə bitkilərinin tədarükünə, iyunun 12-dən isə bütün karantin altındakı məhsulların idxalına qadağa qoyub. Bundan əlavə, iyunun 2-dən Rusiyaya ixrac üçün nəzərdə tutulan diri balıq və balıq məhsullarının sertifikatlaşdırılması dayandırılıb, iyulun 27-dən isə süd məhsullarının idxalı məhdudlaşdırılıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
UEFA Superkubokunun qalibi müəyyənləşib
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib













