Britaniyada meşə yanğınlarında 10 nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Britaniyada meşə yanğınlarında 10 nəfər xəsarət alıb


İngiltərənin Vest-Midlends qraflığının Staurbric şəhərində irimiqyaslı meşə yanğını tüğyan edir və 10-a yaxın insan xəsarət alıb.

"Far.Az" "Sky News"a istinadən xəbər verir ki, yanğın gündüz saatlarında qolf meydançasının yaxınlığındakı otluq ərazidə başlayıb və isti hava səbəbindən sürətlə yaşayış evlərinə yayılıb.

Vest-Midlends Yanğınsöndürmə Xidmətinin məlumatına görə, evlərdən bəziləri tamamilə yanıb. Həmçinin bildirilib ki, evlərini tərk etmək məcburiyyətində qalan sakinlər üçün müvəqqəti sığınacaq mərkəzi yaradılıb.

Qeyd olunub ki, yanğının söndürülməsinə 60-a yaxın yanğınsöndürən və 12 yanğınsöndürən maşın cəlb edilib. Şəhərə aparan yollar qismən bağlanıb, tıxaclar müşahidə olunur.

Son məlumatlara görə, üç yanğınsöndürən və bir uşaq xəstəxanaya yerləşdirilib, tüstüdən zəhərlənən daha altı nəfərə isə yerindəcə yardım göstərilib.

Oxşar xəbərlər

Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
İlham Əliyev Çolpon-Atada üç dövlət başçısı ilə birlikdə Qolf Klubun açılışında iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Lökbatandakı güclü yanğının söndürülməsinə helikopterlər cəlb olunub - YENİLƏNİB-2
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər