Rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 9-da rezidenturaya qəbul imtahanının II mərhələsini keçirib.
Bu barədə "Report"a DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan ilk dəfə elektron formada təşkil olunub, Bakıda DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhərindəki 4 nömrəli tam orta məktəbdə keçirilib.
İmtahanda iştirakı gözlənilən 996 namizəddən 5-i iştirak etməyib. Namizədlərdən 827-si ixtisas fənləri üzrə 50 və daha yüksək test balı toplayaraq müsabiqə şərtini ödəyib və ixtisas seçiminə buraxılıb.
İmtahanı yekunlaşdırdıqdan və ya ayrılmış vaxt başa çatdıqdan sonra namizədlər nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. İmtahan nəticələri, həmçinin DİM-in internet saytında yerləşdiriləcək.
Rezidenturaya qəbul üçün ixtisas seçimi avqustun 12-dən 16-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddətdə elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun ixtisasları seçib təsdiqləməlidirlər.
İxtisasların seçimi və təsdiqi ilə bağlı təlimat, ixtisas seçimi formasının nümunəsi, həmçinin rezidenturaya qəbul aparılan ixtisaslar və plan yerləri "Rezidentura" jurnalının 3-cü nömrəsində dərc olunub.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyən şəxslər avqustun 11-12-də saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi ilə DİM-in əsas inzibati binasına və ya regional bölmələrinə müraciət edərək ərizə yaza bilərlər.
Oxşar xəbərlər
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb
Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - DİM-dən vacib açıqlama
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
-
Almaniya dronlarla mübarizə üzrə xüsusi bölmənin sayını ikiqat artıracaq
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2026)
-
Cəlilabadda transformator partlayıb, yanğın baş verib
-
Hansı bürclər digərlərindən fərqlənir?
-
ABŞ İranın blokadasından sonra 55 ticarət gəmisini yönləndirib













