Media: CENTCOM rəhbəri İsraili İrana zərbələri bərpa etməyə çağırıb
Far.Az xəbər saytı

Media: CENTCOM rəhbəri İsraili İrana zərbələri bərpa etməyə çağırıb


ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İsrailə səfəri zamanı İrana endirilən zərbələri bərpa etməyə çağırıb.

"Far.Az" xəbər verir ki, bu barədə İsrailin 13-cü telekanalı məlumat yayıb.

Kuper ötən həftə İsrailə səfər edib və İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargah rəisi Eyal Zamir və digər yüksək rütbəli hərbçilərlə birlikdə İMQ-nin ali əməliyyat forumunun iclasında iştirak edib.

Telekanalın məlumatına görə, amerikalı admiral İsrail hərbçilərinə İrana qarşı hərbi əməliyyatları bərpa etməyin və qaz, neft və energetika sahələrinin müəssisələri də daxil olmaqla, milli infrastruktur obyektlərinə zərbələr endirməyin zəruri olduğunu bildirib.

"İrandakı infrastruktura hücumlar oyunun qaydalarını dəyişəcək və əhəmiyyətli zərər verəcək. İndiki vəziyyətdə iranlılar öz mövqelərini dəyişməyəcəklər", - Kuper bildirib.

Hərbi rəhbər həmçinin qeyd edib ki, ola bilsin, ABŞ-nin də İrana qarşı hərbi əməliyyatları bərpa etməkdən başqa seçimi olmayacaq.

Daha əvvəl iranlı mənbə "Reuters"ə bildirib ki, ABŞ ilə atəşkəsin uzadılması danışıqları aparılmır. Onun sözlərinə görə, Tehran hesab edir ki, atəşkəs faktiki olaraq qüvvəyə minməyib, çünki razılaşma əldə olunduqdan 48 saat sonra Vaşinqton onu pozub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər