Bessent: ABŞ İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görəcək
Far.Az xəbər saytı

Bessent: ABŞ İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görəcək


ABŞ gələn həftə İranın iqtisadi təcridini gücləndirməyə yönəlmiş "əvvəllər görünməmiş tədbirlər"ielan etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Newsmax" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Vaşinqton prezident Donald Trampın göstərişi ilə Tehrana iqtisadi təzyiqi gücləndirmək niyyətindədir. Bessent hazırlanan tədbirlərin təfərrüatlarını açıqlamayıb və gələn həftə administrasiyanın bəyanatlarını izləməyə çağırıb.

"Biz "Epik qəzəb"dən iqtisadi qəzəbə keçdik və prezidentin göstərişi ilə (iqtisadi təzyiqin) səviyyəsini yenidən qaldıracağıq", - nazir bildirib.

Bessent qeyd edib ki, yeni tədbirlər İranın dəniz blokadası ilə eyni vaxtda tətbiq ediləcək.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər