Sadır Japarov ikinci prezidentlik müddəti üçün namizədliyini elan edib
Qırğızıstan Prezidenti Sadır Japarov ikinci müddətə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.
"Far.Az" xəbər verir ki, o, bu barədə Qırğızıstan mediasına açıqlamasında bildirib.
Dövlət başçısı vurğulayıb ki, arzu edən hər kəs seçkilərdə iştirak edə bilər və digər namizədlər üçün heç bir məhdudiyyət olmayacaq.
Növbəti prezident seçkiləri seçki qanunvericiliyinə dəyişikliklərdən sonra 2027-ci il yanvarın 27-də keçirilməlidir.
S.Japarov qeyd edib ki, daha əvvəl Kamçıbek Taşiyevi Qırğızıstanın gələcək prezidenti kimi nəzərdən keçirirdi. Dövlət başçısının sözlərinə görə, əgər Taşıyev 2027-ci il seçkilərinə qədər təcrübə toplayıb ölkəyə rəhbərlik etməyə hazır olsaydı, o, bu seçkilərdə iştirak etməməyi planlaşdırırdı. "Mən 6 il hakimiyyətdə olmağı, 2027-ci il seçkilərində iştirak etməməyi planlaşdırmışdım, əgər o hazır olsa, təcrübə toplasa, yaxşı işləməyə başlasa, onu prezident edib, özüm istirahətə çəkilərəm. 2027-ci ilin yanvarında seçkilər keçirilməlidir. Mən bunu ona 2-3 il əvvəl demişdim", - o vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecə baş verən meteor yağışı Azərbaycanda belə izlənib - MARAQLI GÖRÜNTÜLƏR
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib













