Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Sea Breeze"də keçiriləcək mərhələsində 16 komanda iştirak edəcək.
"Report" xəbər verir ki, Azərbaycan millisi ilə yanaşı, "Neftçi SOCAR", Niderland, Almaniya, Avstriya, "Madrid" (İspaniya), Latviya, "Yanjinq" (Çin), Çexiya, "Varşava" (Polşa), Ukrayna, Polşa, Paraqvay, Misir, Benin, "Arrasate Ointxe" (İspaniya) kollektivləri yarışda mübarizə aparacaq.
Turnirdə günün matçları avqustun 15-də keçiriləcək və oyunlar təsnifat mərhələsi ilə start götürəcək.
Əsas mərhələnin C qrupuna vəsiqə qazanmaq üçün mübarizə aparacaq Azərbaycan millisi təsnifat oyunlarında iştirak edəcək.
Yığma saat 10:00-da turnirin açılış matçında Ukrayna ilə üz-üzə gələcək, ardından 10:50-də Misir yığmasına qarşı qüvvəsini sınayacaq.
Günün ikinci yarısında isə əsas qrup oyunlarının həyəcanı başlayacaq. B qrupunda yer alan "Neftçi SOCAR" saat 15:50-də İspaniyanın "Arrasate Ointxe" klubuna qarşı matça çıxacaq. Təmsilçimiz qrupdakı digər görüşünü saat 17:40-da Çinin "Yanjinq" komandasına qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk iki pillənin sahibləri 1/4 finala vəsiqə qazanacaqlar. Avqustun 16-da 1/4 final oyunları ilə yanaşı, yarımfinal və final görüşləri baş tutacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
"Deluxe Residence" artıq "Sea Breeze"də: Yeni premium yaşayış konsepti
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5













