Azərbaycanda yeni yaradılmış investisiya şirkəti nizamnamə kapitalını 62 % azaldır
"Cib Kapital İnvestisiya Şirkəti" QSC nizamnamə kapitalını 310 min manat və yaxud 62 % azaldaraq 500 min manatdan 190 min manata endirdiyini elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Cib Kapital İnvestisiya Şirkəti" QSC bu ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 13A, nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbdən 200 min manat çox, qanuni təmsilçisi isə Gündüz Maxsud oğlu Gözəlovdur.
Maliyyə qurumu hələ ki, Azərbaycan Mərkəzi Bankından lisenziya almayıb.
Xatırladaq ki, hazırda ölkədə 12 investisiya şirkəti müvafiq lisenziyaya malikdir.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













