"Deputata müraciət etdim, dedi ki, su işlərinə baxan qadın çox həyasızdır"
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsinin sakinləri su problemindən əziyyət çəkirlər.
Sakinlərin sözlərinə görə, artıq 10 gündür ki, əraziyə su verilmir.
Far.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
"Artıq 3-4 ildir ki, yay mövsümündə yalnız gecələr su gəlir. Mən 4-cü mərtəbədə yaşayıram, su qablarını doldurmaq üçün gecə saatlarında oyanmalı oluruq. İndi isə artıq 10 gündür ki, ümumiyyətlə, su yoxdur. Evdə 1-ci qrup əlil xəstə var, onun gündəlik qulluğu üçün su lazımdır. Aidiyyəti qurumlara müraciət etsək də, problem həllini tapmır", - vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə vurğulayıb: "Şəkər xəstəsiyəm. İllərdir gecə saat 3-dən 6-dək damcı ilə gələn suyu yığmağa çalışıram. Evdə 3 yaşında körpə var, lakin təmiz su tapmadığımız üçün hətta yemək bişirməyə qab yoxdur. Vəziyyətimiz acınacaqlıdır".
Başqa bir sakin isə bildirib ki, ötən il də eyni problemlə bağlı deputatlardan birinə müraciət edib:
"Keçən il su məsələsi ilə bağlı deputatlardan birinə müraciət etdim. Deputat bildirdi ki, burada su işlərinə baxan qadın çox həyasızdır, ona söz demək olmur".
Sakinlər su probleminin həlli üçün aidiyyəti qurumların tədbir görməsini istəyirlər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Xocavəndin Quzeyxırman kəndində olub - YENİLƏNİB
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gündən metronun "28 May"–"Nizami" stansiyaları arasında hərəkət dayanır
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
-
Nardaranda BƏDBƏXT HADİSƏ: Hovuzda ayağı su nasosunda qalan uşaq öldü
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq













