İçərişəhərdə tarixi binanın divarının yazılması məsələsi polis nəzarətinə götürülüb
Far.Az xəbər saytı

İçərişəhərdə tarixi binanın divarının yazılması məsələsi polis nəzarətinə götürülüb


İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarixi binanın üzərinin yazılmasına münasibət bildirib.

İdarədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, dünyanın müxtəlif şəhərlərində bu kimi hallara rast gəlinir.

"Yazıların olduğu səth istənilən vaxt təmizlənə və yenidən rənglənə bilən hissədir və bu yazılar tarixi irsə fiziki zərər vurmur. Dünyanın müxtəlif şəhərlərində bu kimi hallar müşahidə olunur. Bu baxımdan, müəyyən edilmiş səth çərçivəsində yaranan spontan yazılara bir növ "Art Wall" – xatirə və ifadə divarı kimi yanaşmaq mümkündür", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, abidələrə, qədim daşlara və autentik memarlıq elementlərinə hər hansı müdaxilə yolverilməzdir və ciddi nəzarətdə saxlanılır:

"Hazırda məsələ polis və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən nəzarətə götürülüb. Binanın əsas yola çıxan fasad hissəsi isə "İçərişəhər"Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təmizlənərək mövcud neqativ hal aradan qaldırılıb".

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
FHN "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər