Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 294-ə çatıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 294-ə çatıb - YENİLƏNİB


Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb, daha 320-si itkin düşmüş hesab olunur.

Bu barədə "Far.Az" ölkənin Təbii Fəlakətlər Risklərinin İdarə Edilməsi Xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində 3 935 nəfər xəsarət alıb, 353-ü isə həyatını xilas etmək mümkün olub. Son məlumatlara əsasən, zəlzələ nəticəsində 14 493 ev dağılıb, daha 81 506 binaya ziyan dəyib.

Avqustun 10-da Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində azı 281 nəfər həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə yerli "Blu Radio" radiostansiyası məlumat yayıb.

3 971 nəfər xəsarət alıb, 379 nəfər isə itkin düşmüş hesab olunur. Ən çox ölüm faktı Kali şəhərində qeydə alınıb, burada 96 nəfər təbii fəlakətin qurbanı olub.

Zəlzələ ölkənin qərbindəki Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında baş verib.

Bundan əvvəl zəlzələ nəticəsində 273 nəfərin həlak olduğu bildirilmişdi.

Oxşar xəbərlər

Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Kolumbiyada zəlzələ qurbanlarının sayı 234 nəfərə çatıb - YENİLƏNİB-12
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfəri ötüb - YENİLƏNİB-11
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb - YENİLƏNİB-9

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər