Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
Türkiyənin İstanbul vilayətində viza fırıldaqlığı ilə bağlı aparılan araşdırma çərçivəsində 37 nəfər həbs edilib.
"Far.Az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, Türkiyə Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırma zamanı viza məsləhətçiliyi adı altında fəaliyyət göstərən bəzi şəxslər və şirkətlərin "bot"lardan istifadə edərək, viza təminatı müqabilində ödəniş aldıqları müəyyənləşdirilib.
Araşdırma zamanı vəd edilən xidmət göstərilmədikdə ödənişlərin geri qaytarılmadığı, müraciət edən şəxslərin fərdi məlumatlarının avtomatlaşdırılmış proqramlara ötürüldüyü də aşkarlanıb.
Həmçinin bu fəaliyyətlərdən əldə edildiyi ehtimal olunan gəlirlərin müxtəlif şəxslərin və şirkətlərin bank hesabları vasitəsilə köçürüldüyü müəyyən edilib.
Qeyd olunub ki, məhkəməyə aparılan 41 şübhəlidən 37-si həbs olunub, 4 nəfər isə məhkəmə nəzarəti tədbiri ilə sərbəst buraxılıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
Vens: ABŞ-nin İranla müharibədə əsas məqsədi neftin qiymətinin aşağı olmasıdır
-
Bessent: ABŞ İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görəcək
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.08.2026)
-
Media: CENTCOM rəhbəri İsraili İrana zərbələri bərpa etməyə çağırıb
-
Sabahdan böyük DƏYİŞİKLİK! 6 Ekspres avtobus xətti işə düşür - Haradan-haraya













