Qətər İranın pilotlarla bağlı iddiasını təkzib edib
Qətər hakimiyyəti İranın ölkənin hava məkanını pozduqdan sonra üç iranlı pilotun əsir götürülməsi ilə bağlı iddialarını təkzib edib.
"Far.Az"un məlumatına görə, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.
Onun sözlərinə görə, Doha iranlı pilotların saxlanılması ilə bağlı iddiaları "qəti şəkildə rədd edir". O, bu açıqlamaları yanıltıcı adlandırıb və regionda gərginliyin azaldılması istiqamətində diplomatik səylərin davam etdiyi bir vaxtda belə iddiaların ortaya çıxmasına təəccübünü ifadə edib.
Əl-Ənsari bildirib ki, təyyarələrin ekipajlarına Qətərin hava məkanını pozduqları barədə xəbərdarlıq edilib. Onlarla əlaqə yaratmaq cəhdləri nəticə vermədikdən sonra ölkə ərazisinin beynəlxalq hüquqa uyğun şəkildə qorunması üçün zəruri tədbirlər görülüb.
Qətər XİN-in nümayəndəsi, həmçinin axtarış-xilasetmə qruplarının pilotlardan birinin qalıqlarını aşkarladığını bildirib. Diplomat bildirib ki, Doha meyitin beynəlxalq humanitar hüquq normalarına uyğun şəkildə təhvil verilməsini əlaqələndirmək üçün Tehranla əlaqə saxlayıb.
Bundan əlavə, Qətər hələ aprel ayında iranlı nümayəndə heyətini axtarış əməliyyatının detalları ilə tanış olmaq üçün ölkəyə dəvət edib. Lakin Əl-Ənsarinin sözlərinə görə, İran tərəfi bu dəvətə indiyədək cavab verməyib.
Oxşar xəbərlər
17 yaşında təyyarə idarə edən pilotun miniatür dünyasından FOTOREPORTAJ
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gündən metronun "28 May"–"Nizami" stansiyaları arasında hərəkət dayanır
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
-
Nardaranda BƏDBƏXT HADİSƏ: Hovuzda ayağı su nasosunda qalan uşaq öldü
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq













