Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 68-ə çatıb
Far.Az xəbər saytı

Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 68-ə çatıb


Zimbabvenin Kariba gölündə qayığın çevrilməsi nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb.

"Report"un Reuters agentliyinə istinadən verdiyi məlumata görə, axtarış-xilasetmə işləri zamanı daha 22 nəfərin meyiti aşkarlanıb. Bununla da qəza nəticəsində ölənlərin sayı 68-ə yüksəlib.

Qeyd edək ki, avqustun 11-də Zimbabvenin Kariba gölündə sərnişin qayığı çevrilib. Gəminin tutumu 90 nəfər olsa da, göyərtədə 150-dən çox insanın olduğu bildirilir. Hadisənin güclü külək və gəminin həddindən artıq yüklənməsi səbəbindən baş verdiyi ehtimal olunur.

Oxşar xəbərlər

Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Bakıda güclü külək 78 ağacı aşırdı, 40 ağacın budaqları qırıldı
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Dağlıq ərazidə axtarış-xilasetmə ilə bağlı təlim keçirilib
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər