Prezidentin Özbəkistana dövlət səfəri ilə bağlı videoçarx hazırlanıb
Far.Az xəbər saytı

Prezidentin Özbəkistana dövlət səfəri ilə bağlı videoçarx hazırlanıb


Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı videoçarx hazırlanıb, görüntülərdə dövlət başçısının Daşkənd və Buxara şəhərlərindəki tədbirlərdə iştirakı əks olunub.

"Far.Az" xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin hazırladığı videoçarxda dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Daşkənddə Müstəqillik abidəsini ziyarəti, Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefi önünə gül dəstələrinin qoyulması da yer alıb.

Görüntülərdə Daşkənddəki "Kuksaroy" Dövlət İqamətgahında Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi, dövlət başçısının özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə təkbətək görüşü, birgə layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak da var.

Videoçarxda həmçinin Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi yer alıb. Bundan başqa, İlham Əliyevin Özbəkistanın ən böyük şəhərsalma layihəsi - "Yeni Daşkənd"lə tanışlığı da təqdim edilib.

Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası, prezidentlərin təltifolunma mərasimi, İlham Əliyev və Şavkat Mirziyoyevin mətbuata bəyanatları, Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışını da görmək olar. Videoçarx Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Daşkənd şəhərindən Buxaraya səfəri ilə davam edir. Buxarada İsmayıl Samani türbəsi, "Ark" qalası və "Poyi-Kalon" kompleksi ilə tanışlığa da yer verilib.

Görüntülər Prezidentin Özbəkistana dövlət səfərinin başa çatması ilə yekunlaşır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər