ASCO-nun "Babək" tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb
Far.Az xəbər saytı

ASCO-nun "Babək" tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus "Babək" gəmisi əsaslı təmir olunub.

"Far.Az" ASCO-ya istinadən xəbər verir ki, tankerin baş və köməkçi mühərrikləri əsaslı təmir edilib, avar valı sazlanaraq yerinə quraşdırılıb, elektrik avadanlıqları yenilənib. Eyni zamanda göyərtədə və maşın şöbəsində boru quraşdırma işləri görülüb.

Həmçinin gəminin sualtı və suüstü hissələri, göyərtəsi və maşın şöbəsi təmizlənərək rənglənib. Heyətin yaşayış və xidməti otaqları da müasir tələblərə uyğun təmir olunub.

"Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və yenidən istismara qaytarılıb.

Uzunluğu 150 metr, eni 17 metr olan "Babək" tankerinin yükgötürmə qabiliyyəti 13 min tondur.

ASCO-nun "Babək" tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb

Oxşar xəbərlər

Zamanın sınağından çıxan ziyarətgah: Nizami türbəsinin hekayəsi - FOTOREPORTAJ
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər